Yeni klipi “Ela” ilə rekord qıran türkiyəli fenomen Reynmen "Youtube"dan nə qədər qazandığını açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, “Instagram” hesabında izləyicilərinin suallarını cavablayan Reynmen klipin indiyədək təqribən 20 min dollar pul qazandırdığını açıqlayıb. Reynmen əldə etdiyi bu gəlirdən yardım üçün istifadə ediləcəyini deyib.
Qeyd edək ki, adı çəkilən klip hazırda 53 milyondan çox baxış toplayıb. Eyni zamanda Türkiyə musiqi tarixində bir gündə ən çox izlənilən klip rekordunu qırıb.
Əsmətxanım
Telegram kanalımız