İspaniya millisinin sabiq üzvü Fernando Torres karyerasını bitirdiyini açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə futbolçu şəxsi “Twitter” hesabında məlumat paylaşıb. Karyerası ərzində 110 dəfə İspaniya millsinin formasını geyinən Torres burada 38 qolun müəllifi olub.
Qeyd edək ki, o, ən son Yaponiyanın “Saqan Tosu” klubunun formasını geyinib. 35 yaşlı futbolçu karyerası ərzində “Atletiko”, “Liverpul”, “Çelsi” və “Milan”da oynayıb. Onun ən parlaq dövrü 2007-2010-cu illərdə "Liverpul”da keçirdiyi mövsüm sayılır. pizza
Telegram kanalımız