Fəzail Ağamalıdan bayram təbriki

saytların hazırlanması

Evə çatdırılma

Fəzail Ağamalıdan bayram təbriki

Rəsmi

31 Dekabr 2023 10:22 2171


Dəyərli həmvətənlər!

Sizi, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təbrik edir, Sizə möhkəm can sağlığı, əmin-amanlıq, ailə xoşbəxtliyi və fəaliyyətinizdə uğurlar arzulayıram. 

Yola saldığımız 2023-cü il dövlətimiz və xalqımız üçün çox əlamətdar oldu. Vətən müharibəsində qazandığımız Zəfərdən sonra işğaldan azad edilmiş torpaqlarımızın bərpası və quruculuq işləri uğurla davam etdi və bu baxımdan ciddi addımlar atıldı.  pizza hut

13 aprel 2023-cü ildə Laçın sərhəd buraxılış məntəqəsinin yaradılması ilə ərazi bütövlüyümüz, 19 sentyabr 2023-cü ildə 23 saatlıq məhdud anti-terror əməliyyatı ilə separatçı xunta rejiminin silahlı dəstələri məhv edilməklə Xankəndi, Ağdərə, Əsgəran, Xocalı və Xocavənddə də dövlət suverenliyimiz təmin olundu.

Dünya erməniliyi və onlarla birgə olan qüvvələrin ölkəmizə qarşı yönələn məkrli planları ölkə Prezidenti İlham Əliyevin diplomatik məharəti və qətiyyətli mövqeyi ilə darmadağın edildi.

Əminəm ki, 2023-cü ildə ciddi uğurlara imza atan dövlətimiz, növbəti illərdə də ölkəmizi daha uca zirvələrə aparacaq, onu Dünyanın ən nüfuzlu məmləkətinə çevirəcəkdir.

Əziz həmvətənlər!

Bir daha Sizi, əlamətdar günlər münasibətilə səmimi qəlbdən təbrik edir, ölkəmizin inkişafında və güclənməsində verəcəyiniz töhfələrdə uğurlar diləyirəm. 

Fəzail Ağamalı,

Milli Məclisin deputatı

Ana Vətən Partiyasının sədri

31 dekabr 2023-cü il 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!