“Formula-1”ə əsəbiləşən kişi əsgərlərə bıçaqla hücum etdi

saytların hazırlanması

Evə çatdırılma

“Formula-1”ə əsəbiləşən kişi əsgərlərə bıçaqla hücum etdi

Kriminal

28 Aprel 2019 15:30 1220


42 yaşlı Bakı sakini Ramin Babayev daxili qoşunların əsgərlərini bıçaqla hədələyib.

“Yeni Sabah” xəbər verir ki, bu haqda Oxu.Az-a hüquq mühafizə orqanlarından məlumat daxil olub. Xoşagəlməz insident Səbail rayonunda qeydə alınıb.

Əldə edilən məlumata görə, aprelin 25-də 01:35 radələrində sərxoş vəziyyətdə olan R.Babayev Üzeyir Hacıbəyov küçəsində "Formula-1” Azərbaycan Qran Prisinin yaratdığı narahatlıqdan gileylənərək, ətrafda olanları təhqir edib. pizza mizza

Daxili qoşunların əsgərləri həmin şəxsi asayişi pozmamağa çağırıb. Ancaq Babayev cibindən bıçaq çıxararaq, onları ölümlə hədələyib. Bununla əlaqədar hadisə yerinə polis əməkdaşları çağırılıb.

Hazırda faktla bağlı araşdırma aparılır. Babayevin sərxoş vəziyyətdə olması nəzərə alınaraq, ona qarşı inzibati qaydada iş açılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!