G7 sammitinin keçirildiyi Fransanın Biarrits şəhərində etirazçılar müxtəlif yerlərdə aksiya keçirib.
“Yeni Sabah” “Milliyet”-ə istinadən xəbər verir ki, Pyernes-Atlantik bələdiyyəsinin verdiyi yazılı məlumatda artıq 68 nəfərin saxlanıldığı bildirilib.
Açıqlamada bunun harda və necə olduğu barədə ətfarlı məlumat verilməyib. Zirvənin təşkilatçıları güclü təhlükəsizlik tədbirləri görüb. Xüsusi ilə terror hücumu şübhsinə görə sammit davam edən müddətdə 13 min 200 polis sayıqlığı qoruyacaq. pizza mizza
45-ci G7 sammitinin keçirildiyi Biarrits şəhərinin yaxınlığındakı Hendaye və Bayonne qəsəbələrində dünən etirazçılar toplaşaraq polisə müxtəlif zərərli maddələr ataraq hücum edib. Fransa polisi etirazçıları bibər qazı və yüksək təzyiqli su ilə ərazidən uzaqlaşdırıb. Daha bir hadisədə isə polislə etirazçılar arasındakı qarşıdurmada17 nəfər saxlanılıb, 4 polis yüngül xəsarət alıb.
Qeyd edək ki, G7 sammiti avqustun 26-da başa çatacaq.
Telegram kanalımız