Fransada mer ölü tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Fransada mer ölü tapıldı

Dünya

16 Mart 2026 20:54 524


Fransanın Viodos-Abens-de-Ba kommunasının meri Kristian Bersait bələdiyyə seçkisinin birinci turunda məğlub olub və bir müddət sonra ölü halda tapılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Figaro" nəşri məlumat yayıb.

Seçkinin birinci turu martın 15-də keçirilib. Ertəsi gün səhər K.Bersait yerli jandarmeriya bölməsinin əməkdaşları tərəfindən kommunanın yaxınlığındakı meşəlik ərazidə ölü halda aşkarlanıb. Onun avtomobili də orada olub. pizza mizza

K.Bersaitin intihar etdiyi ehtimal olunur. Prokurorluq araşdırma aparır.

Fransada bələdiyyə seçkisinin ikinci turu martın 22-də keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!