Fransanın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

saytların hazırlanması

Evə çatdırılma

Fransanın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

Siyasət

03 Mart 2026 19:23 495


Xarici işlər naziri Ceyhun Bayramovla fransalı həmkarı Jan-Noel Baro arasında telefon danışığı baş tutub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər Yaxın Şərq regionunda mövcud gərgin təhlükəsizlik vəziyyətini və artan hərbi eskalasiyasını müzakirə ediblər. Dominos pizza

Nazirlər bölgədə vəziyyətin daha da kəskinləşməsinin regional və beynəlxalq təhlükəsizlik üçün ciddi risklər yaratdığını qeyd edib, diplomatik səylərin və dialoqun bərpa olunmasının vacibliyini vurğulayıblar.

Fransalı nazir yaranmış mürəkkəb şəraitdə Fransa vətəndaşlarının İrandan təxliyəsi prosesində Azərbaycan tərəfindən göstərilən dəstəyə görə təşəkkür ifadə edib və bu istiqamətdə əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Tərəflər Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. İki ölkə prezidentinin Kopenhagen görüşü nəticəsində, qarşılıqlı maraq doğuran sahələrdə dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!