G7 ölkələri Amazon meşələrinin olduğu ölkələrə meşə yanğınlarının söndürülməsində köməklik etmək barədə razılığa gəliblər.
“Yeni Sabah” "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün Fransa Prezidenti Emmanuel Makron açıqlama verib.
Fransa Prezidenti hazırda Amazon ölkələri ilə danışıqlar aparıldığını deyib: "Danışıqlar texniki və maliyyə resursları üzrə öhdəlikləri əhatə edir. Fransa da 9 Amazon ölkəsi sırasına daxildir, Fransa Qvianası departamenti Amazona daxildir. Biz hazırda Amazon ölkələrinin yanğınlarla effektiv mübarizə aparmalarına kömək etmək üçün beynəlxalq mexanizm üzərində işləyirik". pizza hut
Qeyd edək ki, cümə axşamı və cümə günlərində Braziliyada 1663 yeni yanğın ocaqları müəyyən edilib. Yanğın ocaqlarının yarısı Amazon meşələrində yerləşir. Amazon meşələrində yanğınların sahəsi 2018-ci illə müqayisədə 82 faiz çoxdur. Braziliyada 78,4 min meşə yanğını baş verib ki, bu da 2013-cü ildən bəri ən pis göstərici hesab olunur.
Telegram kanalımız