Gəncə şəhərində tam orta məktəbdə yanğın olub.
"Yeni Sabah" xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.
Yanğın Əhməd Cavad adına 2 saylı məktəbin zalında başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb edilib. Yanğın söndürülüb və məktəbin otaqlarına keçməsinin qarşısı alınıb. Toyuqlu pizza
Yanğının elektrik naqillərində qısaqapanmadan baş verdiyi bildirilir. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.
Faktla bağlı araşdırma aparılır. /APA
Telegram kanalımız