General- mayorun qardaşına vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

General- mayorun qardaşına vəzifə verildi

Siyasət

26 Aprel 2019 17:25 2281


Binəqədi rayon 4-cü polis bölməsinin rəisi Etibar Balakişiyev Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə tutduğu vəzifədən azad olunub. 

Onun yerinə Nəsimi rayon 20-ci polis bölməsinin rəisi Rahib Mirzəyev təyin edilib. 

Qeyd edək ki, işdən azad olunan Etibar Balakişiyev uzun illər Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi işləmiş mərhum general Rasim Musayevin yaxın qohumudur. Sezar pizza

Onu da bildirək ki, E.Balakişiyevin yerinə rəis təyin edilən Rahib Mirzəyev də başqa bir generalın qohumudur. R.Mirzəyev Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevin doğma qardaşıdır. O, ötən ilin oktyabrında 19-cu polis bölməsindən 20-ci polis bölməsinə rəis göndərilmişdi. 

Bakupost.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!