Geomaqnit qasırğası XƏBƏRDARLIĞI: Ölüm riski var

saytların hazırlanması

Evə çatdırılma

Geomaqnit qasırğası XƏBƏRDARLIĞI: Ölüm riski var

Sağlamlıq

27 Dekabr 2023 14:03 2941


Dekabrın 24-də baş vermiş Günəş dalğlarının sürəti Tac Kütlə Atılmalarının (TKA) təsirinin bu gün Yerə çatacağı gözlənilir.

Yenisabah.az Bizim.Media-ya istinadla xəbər verir ki, G1 (zəif) səviyyəli geomaqnit qasırğasının baş verməsi ehtimalı var. 

Həkim Rasif Bağırov bu gün bəzi insanların səhhətinə çox diqqətli olmalarını vacib hesab edir: pizza mizza

“Belə günlərdə müəyyən xroniki xəstəliklər keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur. Hava əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi təsir göstərir. Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan, bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara. Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə, hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər. Ona görə də 50 yaşından yuxarı və qan təzyiqindən əziyyət çəkən insanlar bir qədər diqqətli olmalıdırlar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!