Dövlət Aqrar Ticarət Şirkətinin vasitəsilə Nigeriyaya ixrac edilən Azərbaycan gilası artıq paytaxt Abucanın marketlərində satışa çıxarılıb və yerli əhali tərəfindən maraqla qarşılanıb.
Kənd Təsərrüfatı Nazirliyinin “Yeni Sabah”a verdiyi xəbərə görə, Dövlət Aqrar Ticarət Şirkəti fəaliyyət prinsiplərinə uyğun olaraq kiçik və orta fermer təsərrüfatı sahibləri ilə əməkdaşlıq edir, məhsulların satışını və ixracını həyata keçirir. Strateji Yol Xəritəsində nəzərdə tutulan müddəalara uyğun olaraq qeyri-ənənəvi satış bazarlarına yönələn Şirkət artıq Birləşmiş Ərəb Əmirlikləri və Nigeriyaya Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracını həyata keçirir.
Bu günlərdə Nigeriyaya növbəti belə bir ixrac əməliyyatı baş tutub. Belə ki, Şirkətə müraciət edən Xaçmaz rayonu Manafoba kənd sakini Cabir Ağcabəyovun öz pay torpağında yetişdirdiyi “Napaleon” sortu gilas məhsulu Nigeriyaya ixrac edilib, məhsulun ödənişi isə ona "Fermer kartı" vasitəsilə edilib. Sezar pizza
Şirkət mütəmadi olaraq "Kənddən Şəhərə" satış yarmarkalarını təşkil edir, paytaxtın Nizami küçəsi 154B ünvanında eyniadlı satış mərkəzi də fəaliyyət göstərir. Satış mərkəzində kiçik və orta fermer təsərrüfatlarında yetişdirilmiş kənd məhsullarının, eləcə də yerli qida istehsalçılarının məhsullarının satışı həyata keçirilir.
Telegram kanalımız