Güləşçimiz yarımfinala yüksəlib

saytların hazırlanması

Evə çatdırılma

Güləşçimiz yarımfinala yüksəlib

İdman

27 İyun 2019 12:35 1637


Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.

“Yeni Sabah” xəbər verir ki, Olimpiya Oyunlarının üçqat mükafatçısı, dünya və yeddiqat Avropa çempionu Mariya Stadnik (50 kq) mübarizəyə birbaşa 1/4 final mərhələsindən başlayıb. Güləşçimiz bu mərhələdə polşalı Anna Lukasiak üzərində təmiz qələbə qazanaraq (10:0) yarımfinala yüksəlib. Yarımfinalda onun rəqibi türkiyəli Evin Demirhan olacaq.

Digər üç güləşçimiz də 1/8 final mərhələsində ilk görüşlərində qələbə qazanıb. Alyona Kolesnik (57 kq) Macarıstan təmsilçisi Ramona Qalambosu 10:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Lakin güləşçimiz 1/4 finalda bolqarıstanlı Mimi Hristovaya uduzub – 0:6. pizza mizza

Elmira Qəmbərova da (62 kq) 1/8 finalda almaniyalı Lutsi Manskeyə (4:0) qalib gəlib. Növbəti mərhələdə güləşçimizin rəqibi polşalı Katarina Madrovska olacaq.

1/8 finalda yunanıstanlı Aykaterini-Eyrini Pitsiavaya 9:0 hesabı ilə qalib gələn Səbirə Əliyeva (76 kq) 1/4 finalda Böyük Britaniya təmsilçisi Ceorcina Nelthopr ilə qarşılaşacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!