Hacı Əliyev finalda

saytların hazırlanması

Evə çatdırılma

Hacı Əliyev finalda

İdman

26 İyun 2019 17:59 1465


İyunun 26-da - “Minsk 2019”un sərbəst güləş yarışlarında 65 kiloqram çəki dərəcəsində çıxış edən Hacı Əliyev finala yüksəlib.

“Yeni Sabah” xəbər verir ki, güləşçimiz yarımfinalda Ukraynanı təmsil edən erməni əsilli Hor Ohannesyanı məğlubiyyətə uğradıb. Görüşün ilk yarısı H.Ohanesyanın üstünlüyü ilə başa çatıb. İkinci hissədə isə H.Əliyev rəqibdən 4 xal alaraq hesabda önə çıxıb. Rəqib etirazla əlavə bir xal alaraq görüşü 4:4 hesablı heç-heçə ilə tamamlasa da, qələbə qarşılaşmada daha fəal olan Azərbaycan təmsilçisinə verilib.

Mübarizəyə səkkizdəbir finaldan başlayan H.Əliyev əvvəlcə Ermənistan təmsilçisi Volodya Franqulyanı, növbəti mərhələdə isə Belarus idmançısı Georgi Kolıevi məğlub edib. O, finalda Gürcüstan təmsilçisi Vladimer Xinçeqaşvili ilə üz-üzə gələcək. Final görüşü iyunun 27-də keçiriləcək. Dördpendirli pizza

Üçqat dünya və üçqat Avropa çempionu olan Hacı Əliyev “Rio 2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, “Bakı 2015” birinci Avropa Oyunlarının qalibidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!