Hacı və Nurməhəmməd final görüşünə çıxır

saytların hazırlanması

Evə çatdırılma

Hacı və Nurməhəmməd final görüşünə çıxır

İdman

27 İyun 2019 14:46 1062


Azərbaycanın iki güləşçisi “Minsk 2019” II Avropa Oyunlarında bu gün qızıl medal uğrunda həlledici görüşə çıxacaq.

"Yeni Sabah" xəbər verir ki, yığmamızın liderlərindən biri - 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev (65 kq) finalda Vladimir Xinceqaşvili (Gürcüstan)  ilə üz-üzə gələcək.  İdmançımız bu mərhələyədək  Valodya Franqulyan (Ermənistan), George Koliyev (Belarus) və Xor Oqannesyana (Ukrayna) qalib gəlib.

97 kq çəkidə mübarizə aparan Nurməhəmməd Hacıyev isə həlledici görüşdə Abdulrəşid Sadullayevlə (Rusiya) qarşılaşacaq. O, finala kimi Radoslav Baran (Polşa), Elizbar Odikadze (Gürcüstan) və  Murazi Mçedlidzeni (Ukrayna) məğlub edib. Toyuqlu pizza

Qeyd edək ki, bu çəkilərdə həlledici qarşılaşmalar axşam seansında keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!