Hava limanında təyyarə adam vurdu

saytların hazırlanması

Evə çatdırılma

Hava limanında təyyarə adam vurdu

Dünya

09 May 2026 16:17 161


"Frontier Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Denver Beynəlxalq Hava Limanının uçuş-enmə zolağında bir şəxsi vurub, bu səbəbdən ekipaj uçuşu təxirə salmaq məcburiyyətində qalıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə aviaşirkətin nümayəndəsi məlumat verib.

Hadisənin ardınca təyyarənin salonunda tüstülənmə qeydə alınıb və pilotlar hərəkəti dayandırıblar. Təhlükəsizlik məqsədilə sərnişinlərin doldurulma trap vasitəsilə təcili təxliyəsi həyata keçirilib. pizza hut

Hava limanı rəhbərliyinin məlumatına görə, hava gəmisinin mühərrikində qısamüddətli yanğın baş verib və alov yanğınsöndürmə briqadası tərəfindən dərhal söndürülüb.

"Frontier Airlines" şirkəti aeroport rəhbərliyi, eləcə də digər müvafiq təhlükəsizlik orqanları ilə birgə hadisənin təfərrüatını araşdırdığını bəyan edib.

Qeyd edək ki, Denverdən Los-Ancelesə uçmalı olan "Airbus A321"-də 224 sərnişin və 7 ekipaj üzvü olub./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!