“Havada lider ölkəyə çevrilməkdəyik” –   Ərdoğanın Moskva mesajları 

saytların hazırlanması

Evə çatdırılma

“Havada lider ölkəyə çevrilməkdəyik” – Ərdoğanın Moskva mesajları 

Dünya

27 Avqust 2019 13:22 994


“Müdafiə və aviasiya sahəsində söz sahibi oluruq”. 

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Moskvada keçirilən “MAKS-2019” aviasiya və kosmos sərgisində çıxış edərkən deyib.

Türkiyə prezidenti bu ilin aprelində İstanbulda keçirilən “İDEF 2019” Beynəlxaq Müdafiə Sənayesi Sərgisini xatırladaraq sentybarın 17-dən 22-nə qədər gənclər üçün nəzərdə tutulan “MAKS-2019”a bənzər “TEKNOFEST” festivalının təşkil ediləcəyini bildirib. O, tədbirdə 1 milyon nəfərin qatılacağını gözlədiyini deyərək Rusiya prerzidenti Vladimir Putini və rus xalqını festivala dəvət edib.  Marqarita pizza

Ərdoğan daha sonra bildirib: “İstiqbal göylərdə” devizi ilə aviasiya sahəsində mühüm layihələrə imza atırıq. Türk Hava Yolları dünyanın ən böyük hava yollarından biridir. Türk Hava Yolları 124 ölkənin 258 şəhərinə uçuşlar təşkil edir.

Bu il İstanbul Hava Limanını istismara verdik. Ümid edirik ki, hava limanı hər il 200 milyon sərnişini qəbul edəcək. Müdafiə, aviasiya və kosmik texnologiyalar sahəsində lider ölkəyə çevrilməkdəyik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!