“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişikliyə imza atıldı

saytların hazırlanması

Evə çatdırılma

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişikliyə imza atıldı

Rəsmi

30 Dekabr 2023 16:58 2018


Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Yenisabah.az xəbər verir ki, dəyişikliyə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 15.3-cü maddə əlavə edilib:

“15.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən bu Qanunun 15.2.2 – 15.2.5-ci maddələrində nəzərdə tutulmuş qərarların verilməsi üçün yekun tibbi müayinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Yekun tibbi müayinənin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”. Sezar pizza

Bu Qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!