“Hətta ömrümüzdən də kəsib Anar müəllimə verə bilərik...” –   Yazıçıdan açıqlama 

saytların hazırlanması

Evə çatdırılma

“Hətta ömrümüzdən də kəsib Anar müəllimə verə bilərik...” – Yazıçıdan açıqlama 

Mədəniyyət

16 May 2024 12:20 8025


Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin parlament seçkilərində iştirak edib-etməyəcəyi barədə cavabı marağa səbəb olub.

Belə ki, yazıçı açıqlamasında millət vəkili olması ilə bağlı təklif gələrsə, bu barədə düşünəcəyini bildirib: “Mənə heç kim deputatlığa namizədliyimi irəli sürməyimlə bağlı təklif etməyib. Təklif gəlsə, onda fikirləşərəm”.

86 yaşlı yazıçının millət vəkilliyi ilə bağlı düşünməsi isə birmənalı qarşılanmayıb. pizza sifarişi

Məsələ ilə bağlı Yenisabah.az-a danışan yazıçı Şərif Ağayar məsələyə ironik yanaşıb:

“Mən Anar müəllimə uğurlar arzu edirəm. Səmimi istəyirəm deputat seçilsin. Niyə də yox? 

Avtoritar cəmiyyətlərin belə bir unikallığı var: vəziyyəti elə həddə gətirir, baxırsan ətrafda avtoritetdən daha yaxşı biri yoxdur. Bizdə də proses ona doğru gedir. Hətta mən deyərdim, gedib çatıb. 

Deyəsən, Anar müəllim çevrəmizin ən yaxşı, ən prinsipial, ən lazımlı adamıdır. Mən indi düşünürəm, daha haradan qalxıb yerimizi Anar müəllimə verə bilərik. Hətta ömrümüzdən də kəsib verə bilərik. Di gəl, ömrümüz bir zibil deyil. 

Kişi bu yaşda arabadan düşmüş qarpıza bənzəyən orta statistik azərbaycanlı ömrünü neyləyir? Uğurlar arzu edirəm Anar müəllimə. İndidən səs verirəm ona. Söz verirəm, onun üçün, yalnız onun üçün karuseldə də iştirak edərəm”.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!