Baş nazir Novruz Məmmədovun sərnişindaşıma ilə bağlı imzaladığı tələblərin detalları məlum olub.
“Yeni Sabah” xəbər verir ki, qərarın 2-ci müddəasında yalnız aşağıda qeyd olunan tələblərə cavab verən avtobuslara Bakı şəhərinin inzibati ərazisində sərnişin daşınmasına icazə veriləcək:
- Avtobuslar onlar üçün irəli sürülən milli və beynəlxalq standartlara və normativlərə uyğun texniki təchizata malik olmalı və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun saz vəziyyətdə saxlanılmalıdır. Dövri texniki baxışdan keçməmiş avtobuslar sərnişindaşımada istifadə edilə bilməz. Toyuqlu pizza
Avtobuslar aşağıda göstərilənlərlə təchiz edilməlidir:
- salonu isitmə və sərinləşdirmə funksiyalı tam havalandırma sistemi;
- sağlamlıq imkanları məhdud şəxslər üçün arabaların və uşaq arabalarının girişi və çıxışı üçün mexanizm;
- nağdsız ödənişin aparılmasına imkan verən avadanlıq (qurğu);
- maksimal sürəti məhdudlaşdırmağa imkan verən qurğu;
- bütün salonu əhatə edən daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən və qeydə aldığı məlumatları ən azı 15 gün saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar;
- avtobusların hərəkətini izləmək üçün nəzərdə tutulmuş və Bakı Nəqliyyat Agentliyinin müəyyən etdiyi mərkəzi sistemə inteqrasiya olunmuş Qlobal Mövqetəyinetmə Sistemi (GPS) qurğusu;
- sərnişinlərə səsli məlumatları çatdırmaq, o cümlədən dayanacaq məntəqələrini bildirmək üçün istifadə olunan audioqurğu;
- sərnişin qapıları açıq olduqda, ayaqaltını işıqlandıran işıq cihazı;
- qapıları açıq vəziyyətdə hərəkətə başlamanı məhdudlaşdıran qurğu və ya xüsusi səs siqnalı;
- sərnişinlərlə sürücünün fiziki təmasını istisna edən şəffaf kabinə;
- ayaq üstə dayanan sərnişinlərin sayına uyğun olan 4 dayanıqlı əl tutacaqları;
- dərman qutusu, hər birinin tutumu minimum 4 kq-lıq olan və 1 ədədi sürücü olan hissədə, digəri isə salonda yerləşdirilməklə 2 ədəd odsöndürən, qəza çıxış yeri pəncərəsinin şüşəsinin sındırılması üçün çəkic, diyirlənməyə qarşı dayaq.
- Avtobusun salonunda sürücünün görməsinə maneə yaratmamaq şərtilə salonu işıqlandıran ağ və ya ağ-sarımtıl işıqlar olmalıdır. Sutkanın qaranlıq vaxtı sərnişin daşınarkən, həmin işıqlar yandırılmalıdır.
- Avtobusların salon şüşələrinə pərdə və başqa bu tipli örtüklər çəkilməsi qadağandır. Lakin günəş şüalarından qorunmaq üçün işıqburaxma dərəcəsi 60 faizdən aşağı olmamaqla, şəffaf tündləşdirilmiş şüşələrin tətbiq edilməsinə yol verilir.
- Avtobuslarda ayaqaltı mexanizmi nəzərə alınmadan yerdən pillənin üst səviyyəsinə qədər hündürlük 300 mm-dək, hündürlüyün 300 mm-dək düşməsinə imkan verən pillə mexanizmi olduqda isə 410 mm-dək olmalıdır.
- Avtobuslar alçaq döşəməli olmalıdır.
- Avtobusların siniflərinə görə uzunluğu və oturacaq yerlərinin minimum sayı bu Tələblərin 1 nömrəli əlavəsində göstərilənlərlə uyğun olmalıdır.
- Avtobuslarda sərnişinlər üçün çıxışların və qəza çıxış yerlərinin minimum sayı (qapılar, qəza çıxış pəncərələri və lükü) bu Tələblərin 2 nömrəli əlavəsində göstərilənlərə uyğun olmalıdır.
- Qəza çıxış yerləri Azərbaycan və ingilis dillərində olmaqla işarələnməlidir.
- Qəza çıxış pəncərələri asanlıqla və dərhal açılmaqla, yalnız çölə açılan olmalıdır.
- Qəza çıxış pəncərəsi təhlükəsiz şüşədən olmalıdır. Şüşə laminə edilmiş və ya plastik materialdan olmamalıdır.
- Qəza zamanı çıxış lükündən istifadə asan və rahat olmalıdır.
- Avtobusların salonunda bu Tələblərdə nəzərdə tutulan, habelə maarifləndirici və reklam xarakterli əşyalar və qurğular istisna olmaqla, konstruksiyada nəzərdə tutulmayan hər hansı əşyanın yerləşdirilməsinə yol verilmir.
- Avtobuslar müvafiq avtonəqliyyat vasitələri üçün qüvvədə olan ekoloji standartlara uyğun olmaqla, sıxılmış təbii qaz və ya elektrik mühərriki ilə təchiz edilməlidir.
Telegram kanalımız