Türkiyənin Giresun şəhərində bədənin özlüyündə alkoqol ifraz etməsi sindromu ilə bağlı daha bir xəstənin müalicəsinə başlanıb.
Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, tibb sahəsində “Auto brewery” kimi tanınan və xəstələrdə spirtli içki içmədən bədənin özlüyündə alkoqol ifraz etməsi ilə nəticələnən sindromla bağlı artıq ikinci xəstənin müraciəti qeydə alınıb.
Qeyd edək ki, Giresun Araşdırma Xəstəxanası Türkiyədə bu xəstəliyin müalicəsi ilə bağlı mərkəz sayılır. Dördpendirli pizza
Telegram kanalımız