Prezident İlham Əliyev ailəsi ilə birlikdə Od çərşənbəsini qeyd edib.
“Yeni Sabah” xəbər verir ki, ailə fotolarını Leyla Əliyeva "İnstagram”da paylaşıb. Şəkillər sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da çərşənbə axşamı Azərbaycan xalqını Od çərşənbəsi münasibətilə təbrik edib.
Mehriban Əliyevanın təbriki rəsmi "Instagram" səhifəsində paylaşılıb: "Ulu Tanrı ölkəmizi, xalqımızı bütün xətalardan, pis niyyətlərdən qorusun. Yolumuzu aydın, ürəklərimizi mərhəmətli, arzularımızı daim saf etsin! Təbrik edirəm!". pizza hut
Telegram kanalımız