İlon Mask Marsa atom bombası atmaq fikrindən daşındı

saytların hazırlanması

Evə çatdırılma

İlon Mask Marsa atom bombası atmaq fikrindən daşındı

Dünya

23 Avqust 2019 13:04 1228


“SpaceX” şirkətinin rəhbəri, məşhur biznesmen İlon Mask Marsa atom bombası atmaq fikrindən daşınıb.

“Yeni Sabah” xarici mediaya əsasən bildirir ki, o, Marsla bağlı yeni planları olduğunu bəyan edib.

Belə ki, Maskın yeni planı nəhəng aynalarla planetin səthini isitməkdir. Onun fikrincə, bu üsulla güclü atmosfer qatı yaratmaq olar.  Dördpendirli pizza

Alimlər də hesab edirlər ki, planetin buzlu ərazilərinin altında çoxlu karbon qazı ehtiyatı var. Bunu isə planetin səthini isitməklə üzə çıxarmaq mümkündür. Lakin atmosfer yaratmaq üçün kifayət qədər qazın olub-olmaması müzakirə mövzusudur.

Xatırladaq ki, Mask bir müddət öncə Marsda atmosfer yaratmaq üçün planetə atom bombası atmaq haqda fikirləşdiyini açıqlamışdı. 

Sabrina


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!