İmamoğlunun məhkəməsində gərginlik:   Hakim zalı boşaltmağı əmr etdi

saytların hazırlanması

Evə çatdırılma

İmamoğlunun məhkəməsində gərginlik: Hakim zalı boşaltmağı əmr etdi

Dünya

09 Mart 2026 13:25 357


İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı açılan “korrupsiya” işi üzrə ilk məhkəmə prosesində yaşanan gərginlik səbəbindən iclas dayandırılıb.

“Yeni Sabah” “Habertürk”ə isrtinadla xəbər verir ki, əsas təqsirləndirilən şəxs, İBB-nin sabiq sədri Əkrəm İmamoğlunun istintaqında 105-i həbsdə, 7-si axtarışda olmaqla, cəmi 402 müttəhim mühakimə olunur.

Gərginliyin səbəbi Ə.İmamoğlunun oturduğu müttəhim yerindən yox xitabət kürsüsündən çıxış etmək istəməsi olub. Məhkəmə sədri ona “Əkrəm İmamoğlu, kürsüdən çıxış etməyə sən qərar verə bilməzsən. Belə davam etsən, salondan çıxarılacaqsan”, deyə xəbərdarlıq edib. pizza sifarişi

Lakin Ə.İmamoğlu danışmağa davam edib. Daha sonra məhkəməni izləmək üçün salona buraxılan şəxslərin etirazı gərginliyi artırıb. Nəticədə məhkəmə sədri jandarmaya salonu boşaltmaq əmri verib. CHP təmsilçiləri isə zaldan çıxmamaqda israrlı olublar.

Proses zamanı məhkəmə binası və ətrafında ciddi təhlükəsizlik tədbirləri görülüb. 1 km raduisda yürüş keçirmək, plakat qaldırmaq, foto-video çəkilişi və simvollu geyimlərlə prosesə gəlmək qadağan olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!