İnam Kərimov daha bir xanıma vəzifə verdi

saytların hazırlanması

Evə çatdırılma

İnam Kərimov daha bir xanıma vəzifə verdi

İqtisadiyyat

23 İyul 2019 12:53 1833


Kənd təsərrüfatı naziri İnam Kərimov "Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin (İH) üzvlərinin təyin olunması barədə əmr imzalayıb.

Kənd Təsərrüfatı Nazirliyindən (KTN) verilən  xəbərə görə, əmrə əsasən, səhmdar cəmiyyətinin sədri vəzifəsi "Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru Leyla Məmmədovaya həvalə olunub.

Rəşad Babayev və Sərxan Sərxanov isə İH-nin üzvləri təyin ediliblər. Sezar pizza

Qeyd edək ki, Nazirlər Kabineti iyulun 4-də "Aqrar Tədarük və Təchizat” ASC-nin Nizamnaməsini təsdiqləyib. Nizamnaməyə əsasən, yeni quruma ümumi rəhbərliyi və nəzarəti 3 nəfərdən ibarət İH həyata keçirir. İH-nin sədrini və digər üzvlərini nazir vəzifəyə təyin və vəzifədən azad edir.

Xatırladaq ki, "Aqrar Tədarük və Təchizat” ASC 2016-cı ilin oktyabr ayında dövlət qeydiyyatına alınmış "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC-nin hüquqi varisidir. Yeni kommersiya qurumunun nizamnamə kapitalı 6 milyon manat, hüquqi ünvanı isə KTN ilə eyni – Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 80-dir (Hökumət Evi).

Report 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!