İngilis funt sterlinqi 2 ilin ən aşağı səviyyəsinə düşüb

saytların hazırlanması

Evə çatdırılma

İngilis funt sterlinqi 2 ilin ən aşağı səviyyəsinə düşüb

İqtisadiyyat

10 İyul 2019 10:16 1187


Böyük Britaniyanın milli valyutası olan ingilis funt sterlinqi dünyanın aparıcı valyutaları qarşısında sürətlə ucuzlaşır.

“Yeni Sabah” "Bloomberg"ə istinadən xəbər verir ki, ingilis funt sterlinqi ABŞ dolları qarşısında 0,3 faiz dəyər itirərək 1,2668-ə düşüb.  Bu, 2017-ci ilin aprel ayından bəri ən aşağı həddir.

Funt sterlinq avro qarşısında isə 0,4 faiz dəyər itirib.

Funt sterlinqin sürətlə dəyərdən düşməsi B.Britaniya iqtisadiyyatının zəifləməsi ilə əlaqələndirilir. Ölkədə pərakəndə ticarət satışları 2012-ci ildən bəri ən aşağı səviyyədədir. Həmçinin, investorlar ölkənin Avropa İttifaqını tərk etməsini, baş nazir Tereza Meyin istefa verməsi fonunda İngiltərə Mərkəzi Bankının faiz dəhlizi parametrlərini aşağı salmasını əlavə risk kimi qiymətləndirirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!