1970-ci illərdə İngiltərədə homoseksual olduğunu anlayan Kris adlı şəxs "müalicə" üçün bir üniversitetə üz tutub.
Yenisabah.az xəbər verir ki, o, ilk əvvəl ailə həkimindən məsləhət almağa cəhd göstərib. Həkim isə ona bu müalicəni edə biləcək bir şəxsi tanıdığını deyib və Krisi "Birmingham" Universitetindəki bir psixoloqa yönləndirib. Bundan sonra Kris uzun müddət elektroşok terapiyası almağa başlayıb.
Mətbuata verdiyi açıqlamaya görə, o, müalicə müddət ərzində əl və ayaqlarına elektronların bağlandığını vurğulayıb: Pepperoni pizza
"Mənə kişi şəkilləri göstərirdilər, əgər bir kişi şəklinə çox baxırdımsa, mənə güclü elektrik verirdilər. Qadın şəkilləri görünəndə heç nə olmurdu. Bu elektroşok vasitəsilə məni cinsi istəklərini müəyyənləşdirməyə çalışırdılar. Bütün bunlar isə məndə zehni pozğunluğa gətirib çıxarıb. 42 ildir ailə həyatında cinsi münasibət yoxdur. İşlədiyim məktəb xəstəxanaya getmə səbəbini öyrənəndə məni işdən çıxardı. Ondan sonra vəziyyəti bilən heç kim mənə iş vermədi".
Qeyd edək ki, Kris artıq 40 ildir ki, bu ağır travmanın öhdəsindən gəlməyə çalışır. Bəxtsiz adam "Sadəcə mənə yaşatdıqları ağrılar üçün üzr istəmələrini gözləyirəm", - dediyi halda universitet uzun müddət bu məsələdə səssiz qalmağı seçib. Nəhayət, Kris əlində sənədlərlə ortaya çıxdıqda universitet bütün günahı müalicə edən mütəxəssisin üzərinə ataraq bu müalicənin onun xüsusi bir layihəsi olduğunu vurğulayıb.
Telegram kanalımız