19 oktyabr 2024-cü il tarixində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) çərçivəsində keçirilən "İqlim keşikçilərinin İncəsənət töhfəsi" adlı sərgi-konserti keçirildi.
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Hüseynovanın rəhbərliyi altında təşkil olunmuş "İqlim keşikçilərinin İncəsənət töhfəsi” adlı sərgi-konserti tamaşaçıların böyük marağına səbəb oldu. Təbiətin gündəlik həyatımızda rolunu vurğulayan Könül Hüseynova yaşadığımız mühitdə iqlimin bariz keşikçisi kimi çıxış edərək, hər bir sakini yaşıl dünyanı qorumağa səslədi. Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinə xüsusi diqqət və qayğı ilə yanaşan Könül xanım onların yaradıcı ruhlarına dəstək verərək, balaca əllərin böyük ürəklərindən süzülən rəng boyaları ilə möhtəşəm bir sərginin ərsəyə gəlməsinə müvəffəq oldu.
Sərginin təşkilatçısı Nigar Şıxəliyevanın şagirdlərinin təbiətlə bağlı rəsmləri və bir-birindən rəngarəng musiqi töhfələri izləyicilərə unudulmaz təəssüratlar bəxş etdi. Tədbirin aparıcısı Leyla Həsənova tərəfindən COP 29-la bağlı məruzə təqdim olundu. Konsertdə R.Hacıyevin "Azərbaycanım", C.Cahangirovun "Cənnətim Qarabağ", Polad Bülbüloğlunun "Şən Azərbaycan" mahnıları müəllim Lalə Hüseynovanın şagirdləri - Lala Əliyeva və Nilay Quluzadənin ifasında səsləndi. Bundan bașqa rəqs şöbəsinin müəllimi Səbinə İsmayılovanın hazırladığı "Şuşanın dağları" və "Qarabağ yallısı" izləyicilər tərəfindən böyük alqış coşqusu ilə qarşılandı. Tədbir boyunca rəngarəng musiqi töhfələrini məktəbin müəllimləri Nəbi Qiliyev, Elnur Məmmədov, Çingiz Absəlimov, Samirə Musayeva müşayiət etdilər. Marqarita pizza
Tədbirin sonunda məktəbin direktoru Könül Hüseynova tərəfindən bütün iştirakçılara diplomlar təqdim olundu.
Musiqişünas Nərgiz Kərimova
Telegram kanalımız