İran ABŞ səfirliyini vurdu -   Vaşinqton bu ölkələrdəki diplomatlarını çıxarır

saytların hazırlanması

Evə çatdırılma

İran ABŞ səfirliyini vurdu - Vaşinqton bu ölkələrdəki diplomatlarını çıxarır

Dünya

10 Mart 2026 09:56 359


İran ABŞ-nin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən səfirliyinə zərbə endirib.

“Yeni Sabah” “The Washington Post”a istinadən xəbər verir ki, nəticədə diplomatik nümayəndəliyin binasının bəzi hissələri bərpası mümkün olmayan vəziyyətə düşüb.

Binanın Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) aid stansiyanın yerləşdiyi bölməsi də zərər görüb. Pepperoni pizza

Nəşrin yazdığına görə, ehtimal olunan İran dron hücumu nəticəsində səfirliyin yuxarı mərtəbəsində yerləşən CIA stansiyasının da daxil olduğu bölmələr ciddi zərər görüb.

Eyni zamanda ABŞ Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin gərginləşməsi fonunda əsas heyətdən başqa, əlavə diplomatların da bölgədən çıxarılması barədə göstəriş verib. Məlumata görə, Türkiyə və Səudiyyə Ərəbistanı da artıq təxliyə tədbirləri tətbiq edilən yerlər sırasına daxil edilib. Bundan əvvəl Bəhreyn, Küveyt, Bağdad və Erbildə yerləşən diplomatik nümayəndəliklərlə bağlıda oxşar qərarlar qəbul olunmuşdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!