İran diplomatının “kəşfi” və böhtanı - Video

saytların hazırlanması

Evə çatdırılma

İran diplomatının “kəşfi” və böhtanı - Video

Siyasət

04 Aprel 2023 22:40 1085


Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə terror hücumundan iki aydan çox keçməsinə baxmayaraq, İran tərəfi hadisə ilə bağlı əsas sualların heç birinə cavab verməyib.

Eyni zamanda, İranın hüquq mühafizə orqanları bu qanlı cinayətlə əlaqədar araşdırmalar apardığını bəyan etsə də, hələlik ortada nəticə yoxdur.

Bu müddətdə İran tərəfinin gördüyü yeganə iş terror aktını törətmiş Yasin Hüseynzadəni xalq arasında deyildiyi kimi, dəlixanaya salmaq olub. pizza hut

Beləliklə, ötən iki ay ərzində İran hakimiyyətinin mühafizəsinə cavabdeh olduğu xarici diplomatik nümayəndəliyə silahlı hücumla bağlı mövqeyi yalnız iki tezislə məhdudlaşıb: birincisi, hadisə şəxsi zəmində baş verib; ikincisi, hadisəni törədən şəxs psixikası pozulmuş durumda olub.

Həmin tezisləri əsaslandırmaq üçün İran hakimiyyətinin təmsilçiləri, necə deyərlər, saman çöpündən də yapışmağa cəhd edirlər. Sonuncu belə cəhd İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin tərəfindən edilib.

“Azad İran” “YouTube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!