“Hörmüz boğazını bağlamamışıq və oradan keçən gəmilərlə beynəlxalq protokollara uyğun davranırıq”.
“Yeni Sabah” xəbər verir ki, İranın Hərbi Dəniz Qüvvələrinin Baş Qərargahının müavini briqada generalı Kioumərs Heydəri deyib.
O əlavə edib ki, yalnız özlərini ticarət gəmisi kimi göstərməyə çalışan hərbi gəmilərlə mübarizə aparırlar: pizza hut
Qeyd edək ki, İran Hörmüz boğazına nəzarəti tam ələ keçirib. İslam İnqilabı Keşikçiləri Korpusunun təmsilçisi Məhəmməd Əkbərzadə ötən gün bildirib ki, Hörmüz boğazı hazırda İslam Respublikası donanmasının tam nəzarəti altındadır.
Aytac Əliyeva
Telegram kanalımız