İran müharibəni bitirmək üçün ABŞ ilə razılaşdı

saytların hazırlanması

Evə çatdırılma

İran müharibəni bitirmək üçün ABŞ ilə razılaşdı

Dünya

25 Mart 2026 01:56 695


İranın xarici işlər naziri Abbas Araqçi ilə ABŞ prezidenti Donald Trampın nümayəndəsi Stiv Uitkoff arasında telefon danışığı baş tutub. 

“Yeni Sabah” xəbər verir ki, telefon danışığı zamanı Tehran razılığa gəlməyə hazır olduğunu bildirib. Araqçi amerikalı həmkarlarına İranın yeni ali rəhbəri Müctəba Xameneyidən Tehranın şərtləri daxilində “məsələnin sürətli həlli” üçün razılıq aldığını çatdırıb.

Məlumata görə, ABŞ prezidenti Donald Trampın İranla məhsuldar danışıqlar apardıqlarını bəyan etməsindən sonra Tehranın bunu rəsmən inkar etməsinə baxmayaraq, digər nümayəndə Cared Kuşnerin də qatıldığı bu zəng təmasların davam etdiyini göstərir. pizza sifarişi

Hesabatda tərəflər arasındakı fikir ayrılıqlarının hələ də əhəmiyyətli dərəcədə qaldığı vurğulanır. Əlavə olunur ki, İsrail bu danışıqlarda iştirak etməyib və bu barədə digər mənbələrdən məlumat alıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!