“İrana hücum beynəlxalq hüququn pozulmasıdır” - Ərdoğan

saytların hazırlanması

Evə çatdırılma

“İrana hücum beynəlxalq hüququn pozulmasıdır” - Ərdoğan

Siyasət

02 Mart 2026 23:10 640


Türkiyə ABŞ və İsrailin İrana hücumu nəticəsində yaşanan savaşın dayandırılması üçün səy göstərir.

"Yeni Sabah" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim partiya üzvləri ilə iftar proqramında çıxışı zamanı deyib.

"İran xalqının dərdinə şərikik. Savaşı dayandırmaq üçün diplomatik təmasları davam etdiririk" , - Ərdoğan bildirib və vurğulayıb ki, İrana qarşı hücumlar beynəlxalq hüququn pozulmasıdır. pizza

"Hücumlarda İranın dini lideri Əli Xamenei, mülki və hərbi məsul şəxslər, günahsız uşaqlar həyatını itirib" , - Ərdoğan deyib və İran xalqına başsağlığı verib.

Türkiyə Prezidenti çıxışının davamında İranın Fars körfəzi ölkələrinə hücumuna da münasibət bildirib və atəşkəsin əldə olunmasının vacibliyini qabardıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!