İranda minlərlə hərbçi öldürülüb – İsraildən ŞOK rəqəmlər

saytların hazırlanması

Evə çatdırılma

İranda minlərlə hərbçi öldürülüb – İsraildən ŞOK rəqəmlər

Dünya

17 Mart 2026 10:46 1046


İsrailin İrana qarşı başladığı hərbi kampaniya ilə bağlı yeni və diqqətçəkən məlumatlar yayılıb.

“Yeni Sabah” bildirir ki, “The Times of Israel” nəşrinin yazdığına görə, İsrail Müdafiə Ordusu hesab edir ki, əməliyyatların başlanmasından bəri İranda 4 000 – 5 000 arasında hərbçi və hərbi əlaqəli şəxslər öldürülüb.

Məlumata görə, bu rəqəmlər rəsmi yekun statistika deyil və İsrail ordusunun daxili qiymətləndirməsinə əsaslanır. Pepperoni pizza

Bildirilir ki, 28 fevral tarixində start verilən hərbi kampaniya çərçivəsində İsrail Hərbi Hava Qüvvələri İranın hərbi infrastrukturu, o cümlədən raket proqramı ilə əlaqəli obyektlərə genişmiqyaslı zərbələr endirib. Bəzi məlumatlarda hücumlar zamanı minlərlə hədəfin vurulduğu və on minlərlə döyüş sursatından istifadə edildiyi qeyd olunur.

Lakin bu rəqəmlər müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib və tərəflər arasında davam edən informasiya müharibəsi fonunda fərqli məlumatlar səsləndirilir.

Qeyd edək ki, İran tərəfi itkilərlə bağlı rəsmi və detallı açıqlama verməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!