İranda terror aktında əli olanların bir neçəsi saxlanıldı 

saytların hazırlanması

Evə çatdırılma

İranda terror aktında əli olanların bir neçəsi saxlanıldı 

Rəsmi

05 Yanvar 2024 19:51 1671


İranın daxili işlər naziri Əhməd Vahidi Kirman əyalətində törədilən terror aktında iştirak edənlərin həbs olunduğunu açıqlayıb. 

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, onun sözlərini IRNA agentliyi sitat gətirir. 

“Kəşfiyyat sistemləri yaxşı ipucları tapa bilib. Bu hadisədə iştirak edən bir neçə nəfər saxlanılıb və onlar haqqında məlumat daha sonra təhlükəsizlik orqanları tərəfindən açıqlanacaq”, - Vahidi deyib.  Toyuqlu pizza

Terror aktı nəticəsində 89 nəfərin öldüyü, onlardan 12-nin 15 yaşından kiçik uşaq olduğu dəqiqləşib. Ümumilikdə 284 nəfər yaralanıb. 

Bundan əvvəl İranda törədilən terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!