İrandakı terrora görə 11 nəfər tutuldu - Biri tacikistanlıdır 

saytların hazırlanması

Evə çatdırılma

İrandakı terrora görə 11 nəfər tutuldu - Biri tacikistanlıdır 

Rəsmi

05 Yanvar 2024 22:43 2271


İranın Kirman şəhərində törədilən terror aktı ilə əlaqəli 11 nəfər şübhəli şəxs kimi saxlanılıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Terror aktını törədən iki kamikadzenin yaşadığı ev müəyyən edilib, evlərdən partlayıcı qurğular götürülüb. pizza sifarişi

Partlayışları törədənlərdən birinin Tacikistan vətəndaşı olduğu bildirilir.

Qeyd edək ki, yanvarın 3-də Kirmanda SEPAH-ın Qüds Qüvvələrinin sabiq komandanı Qasım Süleymaninin ölümünün dördüncü ildönümü ilə bağlı keçirilən yürüşdə terror aktı törədilib. İki partlayış nəticəsində azı 89 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

İŞİD partlayışlara görə məsuliyyəti üzərinə götürüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!