İrandan Azərbaycana qaçqın axını olacaq?

saytların hazırlanması

Evə çatdırılma

İrandan Azərbaycana qaçqın axını olacaq?

Siyasət

23 Aprel 2019 18:56 1785


ABŞ İrana iqtisadi sansksiyalar tətbiq etmiş, Çin, Yaponiya, Türkiyə kimi bir sıra nəhəng ölkələrə İrandan neft almaqla bağlı vaxt qoymuşdu. Məlum məsələdir ki, İranın əsas gəlir mənbəyi neft və qaz ixracına bağlıdır. Belə olan halda, ölkənin çökməsi gözlənilən ehtimaldır.

Qonşu ölkədə  baş verə biləcək hadisələr bizim üçün nə vəd edir? İranda yaşayan soydaşlarımız Azərbaycana axın edə bilərmi?

Mövzu ilə bağlı politoloq Qabil Hüseynli “Yeni Sabah”a danışarkən qeyd edib ki, Azərbaycan İrana tətbiq edilən sanksiyalara qoşulmayacaq: pizza hut

“Amerika müstəqil dövlətin işinə bu dərəcədə qarışa bilməz. Amma eyni zamanda mollakratiya da nüvə silahının, ballistik raketlərin istehsalı ilə bağlı məsələlərdə Amerika ilə dil tapa bilmir. Yəni onların istehsalını artırmaq bilmirəm, bunların nəyinə lazımdır? Əsas məsələ əhalinin maddi rifahı, yaşayış səviyyəsinin təmin edilməsidir. Bu səbəbdən İrana qarşı sanksiyalar tətbiq edilib. ABŞ hərbi əməliyyatlar hazırladığını gizlətmir. Düzdür, bu hərbi əməliyyatlar yerüstü, quru əməliyyatları olmayacaq. Əsasən hava əməliyyatları olacaq. Hələ ki,  A planı dənizdən aviasiya daşıyan gəmilərin, eləcə də sualtı qayıqların buraxacağı barristik raketlərlə zərbə endirmək istiqamətində planlaşdırılıb. Sonradan planlar dəyişə bilər. Doğrudan da sanksiya siyasəti İranı xeyli çökdürüb. Ölkə bu gün ağır maddi durumdadır. Bu nöqteyi-nəzərdən yeni sanksiyaların tətbiq edilməsi vəziyyəti daha da gərginləşdirəcək. Türkiyə sanksiya siyasətinə əməl etmir, çünki neftin böyük hissəsini İrandan alır. Azərbaycan da İranla olan iqtisadi əlaqələrini qoruyub saxlayır. Bizim iqtisadi əlaqələrimiz o qədər də böyük rəqəmlərlə ölçülmür, amma bununla yanaşı, İran yaxın qonşumuzdur. Orda çoxsaylı soydaşlarımız yaşayır. Keçən dəfə tətbiq edilən sanksiyalarda da Azərbaycan iştirak etmədi, bu sanksiyalarda da eynilə. Çünki Azərbaycanın öz iqtisadi maraqları var və bunun keşiyində dayanır. Yalnız böyük dövlətlərin sanksiya siyasətinə qoşulması, Amerikanın təklif etdiyi siyasətə bir fayda verə bilər. Ona görə də Azərbaycan kimi kiçik dövlətlərdən belə şeylərin tələb edilməsi mənasızdır”.

Q.Hüseynli qeyd edib ki,  yalnız hərbi əməliyyatlar şəraitində İrandan Azərbaycana insanların axını ola bilər:

“Düzdür, zəif olsa da, Azərbaycana meyil edən zəngin iranlılar var. Ev alırlar, bir müddət burda qalmağa üstünlük verirlər. Amma köçəri şəkildə İran azərbaycanlılarının ölkəmizə keçmə məsələsi mümkün deyil. Digər tərəfdən onlar bura gəlib hansı ağ günə çıxacaqlar ki? Ən yaxşısı, öz evlərində qalıb yaşayışlarını təmin etsinlər. Hamı güclü qaçqın axınından danışsa da, buna inanmıram. Baş verə biləcək hərbi toqquşma isə yalnız aviasiya vasitəsilə endirilən zərbələr olacaq. Bu da mülki əhaliyə heç bir təsir göstərməyəcək. Ona görə də bizim üçün ciddi qaçqın təhlükəsi yoxdur”.

Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!