İranın Ekspertlər Şurası yeni ali liderin seçildiyini təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

İranın Ekspertlər Şurası yeni ali liderin seçildiyini təsdiqlədi

Dünya

08 Mart 2026 22:24 682


"İranın yeni ali liderinin soyadı bir neçə gün əvvəl öldürülmüş keçmiş rəhbər Əli Xameneinin soyadı ilə eyni olacaq".

"Yeni Sabah" xəbər verir ki, bunu İranın yeni liderinin seçilməsində iştirak edən Ekspertlər Şurasının üzvü bildirib.

"Biz İranın yeni liderini seçdik. Yeni ali liderin soyadı da Xamenei olacaq", - deyə şura üzvünün sözlərini "Al Hadath" telekanalı sitat gətirib. pizza mizza

Daha əvvəl ən real namizədin həlak olmuş ali lider Əli Xameneinin oğlu Müctəba Xamenei olduğu hesab edilirdi. Martın 7-də yayılan məlumatlara görə, İran ərazisinə endirilən bombardmanlardan biri nəticəsində Müctəba Xameneinin yaralandığı ehtimal olunur./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!