İran İslam Respublikası bütün ölkələrin milli suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipinə hörmət etməklə, Qafqaz regionu ilə kommunikasiya yolları və infrastrukturların açılması üçün hər cür fəaliyyət və platformanı dəstəkləyir və bunu sülhün möhkəmləndirilməsi və qonşularının mənafeyinin təmin edilməsi istiqamətində mühüm addım kimi qiymətləndirir.
Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi Ermənistanın baş naziri Nikol Paşinyanla telefon söhbətində deyib.
"İslam Respublikasının Qafqaza dair xarici siyasəti sabitdir və regionun rəqabət meydanına çevrilməməsinə təkid edir. Bundan başqa, problemlərin regiondankənar ölkələr və kənar şəxslərin müdaxiləsi olmadan həll edilməsinə diqqət yetirir", - deyə Rəisi əlavə edir. Sezar pizza
O, Tehranda 3+3 formatında görüşün uğurla keçirilməsini regional münasibətlərin, əməkdaşlığın möhkəmləndirilməsi və region ölkələrinin bir-biri ilə münasibətlərinin normallaşdırılması üçün konstruktiv addım kimi qiymətləndirib.
Telegram kanalımız