İsrail-İran münaqişəsi fonunda Ərdoğandan XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

İsrail-İran münaqişəsi fonunda Ərdoğandan XƏBƏRDARLIQ

Siyasət

28 Fevral 2026 22:48 817


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail və ABŞ-nin İrana qarşı hücumlarını pisləyib, eyni zamanda İranın region ölkələrindəki hədəflərə endirdiyi zərbələri qəbuledilməz adlandırıb.

"Yeni Sabah" xəbər verir ki, İstanbulda çıxış edən R.T.Ərdoğan bildirib ki, hücumlar İranın suverenliyini açıq şəkildə pozur və regionda sülhə təhdid yaradır.

Onun sözlərinə görə, Türkiyə uzun müddət tərəflər arasında dialoqun qurulması üçün səylər göstərib, lakin istənilən nəticə əldə olunmayıb. Sezar pizza

Prezident vurğulayıb ki, İranın Körfəz bölgəsindəki qardaş ölkələrə raket və PUA hücumları da qəbulolunmazdır.

Ərdoğan qeyd edib ki, Türkiyənin sərhədlərinin və hava məkanının təhlükəsizliyi ilə bağlı problem yoxdur, təhlükəsizlik qurumları bütün zəruri tədbirləri görür. O əlavə edib ki, Ankara atəşkəs və danışıqların bərpası üçün diplomatik təşəbbüsləri aktivləşdirəcək.

Türkiyə prezidenti xəbərdarlıq edib ki, diplomatiyaya imkan verilməzsə, region daha geniş münaqişə riski ilə üzləşə bilər./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!