İstanbulda böyük zəlzələ gözlənilir  -   Professordan xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

İstanbulda böyük zəlzələ gözlənilir  - Professordan xəbərdarlıq

Dünya

17 Avqust 2019 08:30 2560


Türkiyənin İstanbul bölgəsində zəlzələ gözlənilir. 

“Yeni Sabah” Türkiyə KİV-nə istinadən məlumat verir ki, Potsdam Geoloji Araşdırmalar Mərkəzinin mütəxəssisi, alman seysmoloq professor Marco Bohnhoff bu mövzuda danışarkən bildirib ki, İstanbulda irimiqyaslı zəlzələ təhlükəsi yüksəkdir. 

Onun sözlərinə görə, hər keçən gün İstanbul üçün zəlzələ təhlükəsi artır. “Məsələ zəlzələnin baş verib-verməyəcəyi deyil, nə zaman baş verəcəyidir”, - deyə alman sesymoloq bildirib. pizza mizza

Bohnhoff əlavə edib ki, gözlənilən zəlzələ 7-7.4 bal civarında ola bilər. “Zəlzələnin harada baş verəcəyini tektonik təkanların hüdudlarını bildiyimiz üçün əvvəldən müəyyən edə bilirik” deyən alman seysmoloqun sözlərinə görə, təbii fəlakət İstanbuldan sadəcə 20 kilometr aralıda, Mərmərə dənizində baş verəcək.

Bohnhoff həmçinin qeyd edib ki, sunami təhlükəsi də var. Lakin bu Sumatra, yaxud da Yaponiyada baş verənlərin təkrarı olmayacaq.

Yenisabah.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!