İstirahət mərkəzlərindəki problemlər artır –   Nə edək?

saytların hazırlanması

Evə çatdırılma

İstirahət mərkəzlərindəki problemlər artır – Nə edək?

İqtisadiyyat

01 İyul 2019 15:06 1609


Yay fəslinin gəlməsi ilə istirahət mərkəzlərindəki problemlər də gündəmə gəlir. Bununla bağlı həm sosial şəbəkələrdə, həm də mediada kifayət qədər neqativ informasiyalara rast gəlmək mümkündür.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Sabah”a bildirib ki, istirahət mərkəzləri ilə bağlı rəhbərlik etdiyi təşkilata müxtəlif sayda şikayətlər daxil olur. Əhalinin narazıçılığı isə müxtəlif səpkilərdə olur:

“Buraya göstərilən xidmətin qiymətə uyğun olmamasından tutmuş, işçi personalın hazırlıqlı olmaması, yeməyin keyfiyyətsizliyi, davranış qaydaları da daxildir. Ən əsas probem isə zorla istehlakçıdan əlavə əmək haqqı tələb olunur. Bəzən bu kassa çekinə də qeyd olunur. Bu isə turizmin inkişafına çox böyük və ciddi mənfi təsir göstərir.  pizza hut

Belə hallarda əgər istehlakçının problemi qida ilə bağlıdırsa, 1003 telefon xətti ilə Qida Təhlükəsizliyi Agentinə məlumat verməlidirlər.Əgər ümumiliyyətlə istehlakçının hüquqlarının pozulması ilə bağlıdırsa, 1952 telefonu ilə İqtisadiyyat Nazirliyi ilə bağlı İstehlak siyasəti və İstehlakçı hüquqlarının müdafiəsi xidmətinə məlumat verməlidirlər. 

Bu kimi problemlərin aradan qalxması üçün dövlət strukturlarının işi qənaətbəxş deyil və təəssüflər olsun ki, ictimaiyyət dövlət strukturlarına kömək etmir. Bu kimi problemlər ictimaiyyətin köməyi ilə həll oluna bilər. Ona da təssüf edirəm ki, Qida Təhlükəsizliyi Agentliyi  ictimai təşkilatlarla effektli iş apara bilmir”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!