2019-cu ilin dekabr ayının 06-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Şəmkir sərhəd dəstəsinin “Cey¬rançöl” adlanan ərazinin yaxınlığındakı sərhəd zastavasının xid¬məti ərazisində 1 nəfər çobanın qoyun sürüsü ilə Azərbaycan Respublikasının ərazisinə keçməsi müşahidə olunub.
“Yeni Sabah” DSX-ya isstinadən xəbər verir ki, sərhəd naryadı tərəfindən qoyun sürüsü ərazidən çıxarılarkən sürünü qoruyan 10-a qədər it sərhəd naryadına hücum edib. Sərhəd naryadı həyatına təhlükə yaran¬ması ilə əlaqədar havaya xəbərdarlıq atəşi açıb, nəticə olmadığına görə itlərə qarşı silah tətbiq edib.
Bundan sonra sərhəd naryadı sürünün çobanının öz atının ya¬nında yerdə uzanmasını müşahidə edib, ona yaxınlaşdığı zaman isə həmin şəxsin baş nahiyəsində sıyrılmış yaranın olmasını aşkar olunub. Pepperoni pizza
Sərhəd naryadı tərəfindən dərhal ona ilkin tibbi yardım gös¬tə¬rilib və yaxınlıqdakı tibb müəssisəsinə təxliyəsi təşkil olunub. Ha¬zırda səhhəti qənaətbəxşdir.
Həmin şəxsin şəxsiyyəti dəqiqləşdirilib, onun Gür¬cüs¬tan vətəndaşı, Saqareco rayonunun Ləmbəli kənd sakini 1993-cü il təvəllüdlü Bəşirov Ramin Nizami oğlu olması müəyyənləş¬dirilib.
Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov əraziyə ezam olunub, sərhəd nümayəndələri səviyyəsində Gürcüstan sərhədçiləri ilə işçi görüş keçiril¬ib.
Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən müvafiq araşdırma aparılır.
Telegram kanalımız