Tanınmış jurnalist İradə Nurəddinqızı "Sipark İnşaat" tikinti şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsinə təyin edilib.
“Yeni Sabah” bildirir ki, xəbəri Qaynarinfo-ya təsdiqləyən İ.Nurəddinqızı mart ayının 1-dən artıq yeni işində çalışdığını bildirib. Qeyd edək ki, İ.Nurəddinqızı bir çox qəzet, jurnal və saytlarda müxbir, redaktor vəzifələrində çalışıb. Uzun müddət Simsar.az saytı və "Simsar" jurnalının baş redaktoru, bir neçə layihənin müəllifi və aparıcısı olub.
Onu da xatırladaq ki, “Sipark İnşaat” şirkəti bir neçə gün əvvəl müğənni damla ilə gündəmə gəlmişdi. Xəbərdə iddia olunurdu ki, Damlanın əslən Şəmkirdən olan sevgilisi həmin şirkətin rəhbəri Seymur İsayevdir. Onların tez-tez iş adamının Şəmkirdə olan villasında görüşdüyü bildirilsə də, sonradan bu xəbərlər təkzib olundu, informasiyalar saytlardan çıxarıldı. Dördpendirli pizza
Telegram kanalımız