Kafe və restoranlar 1.2 mlrd. manata yaxın gəlir əldə ediblər

saytların hazırlanması

Evə çatdırılma

Kafe və restoranlar 1.2 mlrd. manata yaxın gəlir əldə ediblər

İqtisadiyyat

24 Sentyabr 2025 16:39 470


2025-ci ilin yanvar-avqust aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,4 faiz artaraq 1 milyard 176 milyon manat olub.

Yenisabah.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 670,4 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 57 faizini təşkil edib.

Qeyd edilib ki, 2025-ci ilin yanvar-avqust aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,3 faiz artaraq 5558,3 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 5006,7 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 90,1 faizini təşkil edib. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!