“Karantin qaydalarına əməl edilməlidir, əks halda...“ - Rəsmi açıqlama + Video

saytların hazırlanması

Evə çatdırılma

“Karantin qaydalarına əməl edilməlidir, əks halda...“ - Rəsmi açıqlama + Video

Sağlamlıq

08 May 2020 22:19 999


Məsuliyyətsizlik və nizam-intizamsızlıq vəziyyəti daha da gərginləşdirə bilər.

Yenisabah.az xəbər verir ki, bunu TƏBİB-in yolxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

O bildirib ki, koronavirusa yoluxma faktları qeydə alındığı müddətdə təhlükənin sovuşmasından söhbət gedə bilməz. Sezar pizza

Vasif Əliyevin sözlərinə görə, insanların məsələyə bu qədər diqqətsiz yanaşmaları pandemiyanın daha geniş vüsət almasına səbəb ola bilər: "Vaxtında atılan addımlar sayəsində kütləvi yoluxmanın qarşısı alınmış olsa da, bundan sonra bir fərdin məsuliyyətsizliyi yoluxmanın miqyasını genişləndirə bilər. Belə olan halda hazırda tətbiq olunan xüsusi karantin rejimi daha da sərtləşdiriləcək.

Ona görə də hər bir şəxs karantin rejiminin qaydalarına əməl etməlidir. Əllər tez-tez yuyulmalı, ara məsafəsi saxlanılmalı və kütləvi toplaşmalar olmamalıdır. Zərurət olmadıqda evdən çıxmamaq vacib şərtlərdəndir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!