Karateçilərimiz vətənə döndü

saytların hazırlanması

Evə çatdırılma

Karateçilərimiz vətənə döndü

İdman

03 İyul 2019 09:12 980


Minskdə keçirilən 2-ci Avropa oyunlarında iştirak edən karateçilərimiz vətənə geri dönüb.

“Yeni Sabah” xəbər verir ki, idmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşlər, idman ictimaiyyətinin nümayəndələri, KİV təmsilçiləri, federasiyaların rəsmiləri və idmançıların yaxınları qarşılayıblar.

Karate komandamız Minskdə keçirilən ikinci Avropa Oyunlarında bir qızıl, üç gümüş və bir bürünc medal qazanıb. Karateçilərimizdən Asiman Qurbanlı (+84 kq) qızıl, Rafael Ağayev (75 kq), Firdovsi Fərzəliyev (60 kq), İrina Zaretska (68 kq) gümüş, Roman Heydərov isə (kata) bürünc medal əldə edib. Dördpendirli pizza

İkinci Avropa Oyunlarında 82 idmançı ilə təmsil olunan Azərbaycan millisi 28 medal qazanaraq komanda hesabında 50 ölkə arasında 10-cu yerdə qərarlaşıb. İdmançılarımız karate yarışlarında 4-cü yeri tutub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!