“Kimsə onu satqınlıqda ittiham etmir”

saytların hazırlanması

Evə çatdırılma

“Kimsə onu satqınlıqda ittiham etmir”

Siyasət

18 Aprel 2019 02:07 1151


 “Müsavat Partiyasının Divan üzvü, Yadigar Sadıqlının yazdıqları və 20-yədək, əsasən hakimiyyətin nəzarətində olan saytların tirajladığı məlumatlar həqiqəti əks etdirmir”.

“Yeni Sabah” xəbər verir ki, bunu Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib. O, bildirib ki, partiyanın başqanı Arif Hacılının müsavatçıların daxili qrupunda kiməsə qarşı kampaniya aparmaq tapşırığı və ya belə kampaniyaya xeyir dua vermək faktı ortada yoxdur: “Belə tapşırıq ola da bilməz. Müsavat Partiyasında formalaşmış münasibətlər sistemi buna imkan tanımır.

İkincisi, qapalı qrupda Yadigar bəyə qarsı, onun iddia etdiyi kimi hər hansı kampaniya olmayıb. Kimsənin onu satqınlıqda və bölücülükdə ittiham etməsi faktı yoxdur. Toyuqlu pizza

Bəzi partiya üzvləri Yadigar bəyin partiyanın son məclisindəki davranışlarından narazılıqlarını bildirib, ondan səsləndirdiyi təhqirə görə üzr istəməsini tələb ediblər. Onun yazdıqlarından razı olub olmadıqları məqamlara münasibət bildiriblər. Mümkündür ki, bu münasibət həmişə arzuolunan səviyyədə olmayıb və belə hala görə ancaq münasibət bildirən şəxs cavabdeh ola bilər.

Yadigar bəyin həqiqətə uyğun olmayan son açıqlamalarının motivləri mənə aydın deyil.

Ümüd edir və inanıram ki, Yadigar bəy yaxın zamanlada, yol verdiyi yanlışlıqların nəticələrini aradan qaldırmaq üçün lazımı addımlar atacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!