KİV: İran ABŞ-nin “F-35” qırıcısını vurdu

saytların hazırlanması

Evə çatdırılma

KİV: İran ABŞ-nin “F-35” qırıcısını vurdu

Dünya

19 Mart 2026 20:21 631


ABŞ Hərbi Hava Qüvvələrinin beşinci nəsil "F-35" qırıcısı İranın Hava Hücumundan Müdafiə qüvvələrinin atəşinə məruz qaldıqdan sonra döyüş tapşırığını yarımçıq qoyaraq Yaxın Şərqdəki hərbi bazalardan birinə təcili eniş etməyə məcbur olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb

ABŞ-nin Mərkəzi Komandanlığının nümayəndəsi, kapitan Tim Hokins pilotun təcili eniş etməyə məcbur olduğunu təsdiqləyib. Sezar pizza

Telekanalın qeyd etdiyinə görə, bu hadisə genişmiqyaslı döyüş əməliyyatları başlayandan bəri ABŞ təyyarəsinin İran atəşi ilə vurulduğu ilk təsdiqlənmiş haldır.

Qeyd edək ki, bir ədəd "F-35" qırıcısının dəyəri 100 milyon dollardan çoxdur./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!