Könül Xasıyeva xəstəliyindən danışdı:   “Dişlərim, saçlarım töküldü“

saytların hazırlanması

Evə çatdırılma

Könül Xasıyeva xəstəliyindən danışdı: “Dişlərim, saçlarım töküldü“

Mədəniyyət

17 Mart 2021 11:42 1837


“Xəstəliklə bağlı dişlərim, saçlarım eyni anda töküldü. 2 saatın içində 4 dişim düşdü sinəmə”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Xalq artisti Könül Xasıyeva ağır xəstəliyi barədə danışarkən deyib.

ARB telekanalında yayımlanan “Həmin Zaur” proqramında qonaq olan sənətçi zəlzələdən sonra xəstəlik tapdığını deyib: pizza sifarişi

"Zəlzələdən sonra qorxdum, xəstəlik tapdım. Xəstəliklə bağlı dişlərim, saçlarım eyni anda töküldü. 2 saatın içində 4 dişim düşdü sinəmə. Elə anlarım olub ki, bir otağa girmişəm, 1 həftə sonra çıxmışam. Elə bilmişəm ki, indi girmişəm. Elə ağır xəstəliyim var idi. Bəziləri deyir stresdəyəm, gedim dağa gəlim keçsin. Yox, stress başqadır. Sizinki ruh yorğunluğudur. 21 ildir mənim bu stresim keçmir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!